İRNA-nın məlumatına görə, İRNA-nın baş direktoru Əli Nadiri Azərbaycan Respublikasına 4 günlük səfəri zamanı İranın bu ölkədəki səfiri Seyid Abbas Musəvi ilə birlikdə Azərbaycan Respublikasının rəsmi informasiya agentliyinin ( AZƏRTAC ) baş direktorunun dəvəti ilə bu informasiya agentliyinin ofisində olub.
Görüşdə AZƏRTAC-ın baş direktoru İRNA-nın Azərbaycan bölməsi yaratmaq qərarını təqdirəlayiq adlandıraraq deyib: “Bu uyğun addım iki xəbər agentliyi arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün stimul ola bilər.
Çox ümid edirəm ki, ikitərəfli münasibətlər əvvəlki səviyyəyə qayıdacaq və xəbər agentlikləri qarşılıqlı əlaqələri inkişaf etdirə biləcəklər.”
Rəsmi Azərbaycan İnformasiya Agentliyinin baş direktoru İRNA-nın baş direktorunun İRNA-nın Bakıda və AZƏRTAC-ın İranda ofisinin bərpa edilməsi ilə bağlı ideyasını alqışlayaraq deyib: “Təbii ki, inşallah, ümid edirik, iki xəbər agentliyinin hər iki ölkədəki ofisləri öz fəaliyyətini bərpa edəcək. Bu, ölkələrin xarici işlər nazirliklərinin qərarlarından və danışıqlarından asılıdır.”
Vüqar Əliyev söhbətinin digər hissəsində Azərbaycanın İrandakı səfirliyinə hücumdan narahatlıq ifadə edərək deyib: “Təəssüf ki, iki dost ölkə arasında münasibətlərdə gərginliyin şahidi olduq ki, bunun pik həddi səfirliyimizə silahlı hücum idi. Ümid edirəm ki, hücumu törədən şəxs ən qısa zamanda cəzasını alacaq.”
AZƏRTAC rəhbəri Azərbaycanın səfirliyinə hücumun Azərbaycanın dostu olan ölkədə baş verməsindən təəssüfləndiyini bildirib və sözlərinə belə davam edib: “Təbii ki, bu gərginliklər hər iki tərəfin səyi ilə aradan qaldırılır. Azərbaycan prezidenti cənab İlham Əliyev də cənab Rəisi kimi qonşuları ilə münasibətlərin inkişafı ardıncadır və həmçinin İranla əlaqələrin inkişafına dəstək verib.”
Sizin rəyiniz